“Araz-Naxçıvan” Cavid Hüseynovla vidalaşdı
“Araz-Naxçıvan” futbol klubu baş məşqçi Cavid Hüseynov və məşqçi Zaur İsmayılovla vidalaşıb.
SAVASHMEDİA.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, məşqçilərin qüvvədə olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Cavid Hüseynov bu ilin iyun ayında baş məşqçi təyin edilmişdi.
Hazırda “Araz-Naxçıvan” 6 oyuna 2 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Banu