Dambrauskas özünü içkiyə verdi – “Bu gün içəcəyəm..."

“Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması komandanın baş məşqçisi Valdas Dambrauskası sevincə qərq edib.

Aug 26, 2026 - 16:24
Dambrauskas özünü içkiyə verdi – “Bu gün içəcəyəm..."

SAVASHMEDİA.az xəbər verir ki, litvalı mütəxəssis “Hapoel” (Beer-Şeva) üzərində 5:2 hesablı qələbədən sonra mətbuat konfransında spirtli içki qəbul etmək istədiyini deyib.

“Futbolçular möhtəşəm oynadılar. “Sabah” karyeramda çalışdırdığım ən yaxşı komandadır. Dünyanın ən yaxşı turnirinin liqa mərhələsinə vəsiqə qazanmışıq. Bu gün dünyanın ən xoşbəxt baş məşqçisiyəm. Heç vaxt alkoqol qəbul etməmişəm. Amma sizi əmin edirəm ki, bu gün bunu edəcəyəm”, - mütəxəssis bildirib.

Oğuz