93 yaşlı alimlə evlənən pianoçu buna görə Elza Seyidcahana təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu günlərdə sosial şəbəkələrdə Bakıda 42 yaşlı qadınla 93 yaşlı alimin toy görüntüləri yayılıb və geniş müzakirələrə səbəb olub.

Mar 14, 2026 - 23:41
93 yaşlı alimlə evlənən pianoçu buna görə Elza Seyidcahana təşəkkür etdi

Məlumata görə, gəlin məşhur pianoçu-bəstəkar Elena Popova, bəy isə tanınmış akademik alim Roald Saqdayevdir.

Toy görüntülərində Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan da yer alıb.

93 yaşlı əri ilə birlikdə hazırda ABŞ-da yaşayan Elena Popova toyda iştirakına görə Elza Seyidcahana təşəkkür edib.

O, toy görüntülərini paylaşaraq belə qeyd edib:

"Elza Seyidcahan, gözəl mahnılar üçün çox təşəkkür edirəm!"

Musavat.com