Anasından küsüb evdən qaçan uşaq tapıldı - "Atası dəvət olunub"
Həyata keçirilən operativ tədbirlər nəticəsində uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılmışdır. Atası ekoloji nəzarət postuna dəvət olunub.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib.
Xatırladaq ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Fərid adlı azyaşlı uşaq aşkarlayıblar. Onun anasından küsərək evdən qaçdığı müəyyənləşmişdi.
Oğuz