Azərbaycan Rotterdam Konvensiyasına qoşuldu

Azərbaycan "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"na qoşulub.

Oct 29, 2025 - 13:38
Azərbaycan Rotterdam Konvensiyasına qoşuldu

SAVASHMEDİA.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanun imzalayıb.

Qərara əsasən, Azərbaycan 1998-ci il sentyabrın 10-da Rotterdam şəhərində imzalanmış “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na rəsmi şəkildə qoşulur.