Azərbaycanın tanınmış həkimi vəfat etdi - FOTO

Azərbaycanda tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti Ədalət Rüstəm bu gecə vəfat edib.

Jan 17, 2026 - 12:10
Azərbaycanın tanınmış həkimi vəfat etdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, onun ürək çatışmazlığından öldüyü ehtimal edilir.

Xatırladaq ki, o, 1961-ci ildə Naxçıvanın Şahbuz rayonunda doğulub. İxtisasca ümumi cərrah olub. O, Kliniki Tibbi Mərkəzdə çalışıb.

Qeyd edək ki, Ədalət Rüstəm Naxçıvan Muxtar Respublikası Şahbuz Rayonu Vergilər Xidmətinin rəisi Nazim Rüstəmovun qardaşıdır. Yanvarın 5-də isə onların anası dünyasını dəyişib.

Fotoda Ədalət Rüstəm