Celal Şengör 2 il qədər həbs olunur - Türkləri təhqir edib?

İstanbulun Beykoz Respublika Prokurorluğu Türkiyənin tanınmış geoloqu və akademiki Celal Şengörün həbs edilməsi tələbi ilə ona qarşı ittiham aktı hazırlayıb.

May 17, 2025 - 17:53
Celal Şengör 2 il qədər həbs olunur - Türkləri təhqir edib?

Bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.

Buna səbəb kimi C.Şengörün sosial şəbəkələrdə paylaşılan videoda türk xalqı ilə bağlı dediyi sözlər göstərilir.

O, videoda deyib: "Mən türk xalqı qədər cahil, türk xalqı qədər əxlaq məfhumundan məhrum bir cəmiyyət tanımadım".

Geoloqun türk millətini təhqir etməsi iddiası üzrə iki ilə qədər həbsi istənilir. (oxu.az)