Çempionlar Liqasının finalı bu stadionda oynanılacaq - Rəsmi

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün final oyununun keçiriləcəyi məkan dəqiqləşib.

Sep 12, 2025 - 11:25
Çempionlar Liqasının finalı bu stadionda oynanılacaq - Rəsmi

SAVASHMEDİA.az UEFA-nın saytına istinadən xəbər verir ki,  görüş İspaniyanın "Atletiko" klubunun stadionu "Riyadh Air Metropolitano"da keçiriləcək.

Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında qəbul edilib. 2026-cı ildə UEFA Superkubokunun Zalsburqda, qadınlar arasında Çempionlar Liqasının 2027-ci il finalının isə Varşavadakı Milli Stadionunda keçiriləcəyi də açıqlanıb.

ÇL-in finalını qəbul etməyə 68 min 700 tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu da namizəd idi.

Xatırladaq ki, 2018/19 mövsümünün finalı da “Metropolitano” stadionunda təşkil olunub. Beləliklə, 70 min 460 nəfər tamaşaçı tutumuna malik bu arena tarixində 2-ci dəfə ÇL-in finalına ev sahibliyi edəcək.