"Dönəri vaxtında yeməyiblər" - 8 nəfəri zəhərləyən dönərxananın sahibi
Səkkiz şagirdin zəhərləndiyi "Nur Dönər" evinin sahibi Elnur Nəbiyev zəhərlənmə faktına münasibət bildirib.
E.Nəbiyev iddia edib ki,şagirdlər dönəri aldıqdan sonra saxlanma qaydasını pozublar.
"Beş ildir burada fəaliyyət göstərirəm, heç bir zəhərlənmə faktı qeydə alınmayıb. Dünən təxminən saat 14:00 radələrində iki şagird gəlib 30 dönər aldı. Bu, kameralara düşüb. Necə olur, otuz dönər yeyən şagirddən səkkizində zəhərlənmə olub. Məndə olan məlumata görə, şagirdlərin çoxu dönəri aldıqdan sonra gec yeyiblər. Dönər hazır olandan sonra 30 dəqiqə ərzində yeyilməlidir. Ən azı iki saatdan sonra yeyiblər. Hətta bir nəfər dönəri qardaşına evə aparıb. Gecikmə olub, dönər vaxtında yeyilməyib" - deyə sahibkar bildirib. (teleqraf)