Faciəvi şəkildə həyatını itirən Nicat bu vəzifəli şəxsin oğlu imiş - FOTOLAR

Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyev agentliklərdən birinin əməkdaşı olub.

Dec 9, 2025 - 10:58
Dec 9, 2025 - 12:34
Faciəvi şəkildə həyatını itirən Nicat bu vəzifəli şəxsin oğlu imiş - FOTOLAR

SAVASHMEDİA.az qafqazinfo.az-ya istinadən xəbər verir ki, mərhumun anası Mətanət Quliyeva isə AAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik İsa Həbibbəylinin baldızıdır.

Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Hadisəyə gəlincə, Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Fotolarda: Mətanət Quliyeva