Gənclər şəhərciyində Zəfər günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Azərbaycanın dövlətçilik tarixində xüsusi yerə malik olan, xalqımızın milli iradəsini, dövlət-xalq birliyini və qəhrəman Ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirən qürur günü- Zəfər Günü Abşeron rayonu Mehdiabad Gənclər Şəhərciyində də qeyd edilib.

Nov 9, 2025 - 12:58
Gənclər şəhərciyində Zəfər günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Qarabağ uğruna  sağlamlığındn olan qazilərin,  şəhid ailələrinin qatıldığı tədbir xeyriyyəçi Hacı Cəlil Nağıyevin  dəstəyi və təşkilatçılığı ilə  baş tutub.

Tədbir Azərbaycan himninin səsləndirilməsindən və şəhidlərin ruhuna dualar oxunmasından  sonra açıq elan edildi.  Tədbirin aparıcısı, el ağsaqqalı  Hacı Şikar  Ağayev gələn qonaqları salamladıqdan sonra Qarabağ müharibəsinin ilk günlərindən Zəfər gününə  qədər olan tarixi yoldan danışaraq, bu şərəf və qürur günlərini bizə yaşadan şəhidlərimizin simasında onların yaxınlarına , eyni zamanda, dyüşlərdə tarix yazmış, sağlamlığını itirmiş qazilərimizə təşəkkürünü bildirdi. 

Bundan sonra tədbir iştirakçıları da çıxış etdilər və bildirdilər ki, bu Zəfər   30 illik Qarabağ savaşından sonra  44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması , ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir.

Xüsusən Xocalıdan olan şəhid xanımı, veteran Briliyant Hacıyevanın çıxışı hamını kövrəltdi. Ermənilərin xalqımızın başına gətirdiyi misli görünməmiş müsibətlərdən danışan veteran xanım  bu Zəfərin ermənilərə ən böyük cavab  zərbəsi  olduğunu vurğuladı.   

Tədbirdə iştirak edən hər kəs  bəyan etdilər ki,    hər bir azərbaycanlı qalib xalqın nümayəndəsi olmaqdan qürur duyur və şəhidlərimizin göstərdiyi qəhrəmanlıq Azərbaycan tarixində əbədi yaşayacaqdır.

Tədbirin sonunda ehsan süfrəsi açıldı və hər bir qonağa sovqat bağlaması təqdim olundu.

Əntiqə Rəşid