Hakan Fidandan PKK-nın ləğvinə reaksiya
“Mən bu qərarı xüsusilə bölgəmizdə qalıcı sülh və sabitliyin hökm sürməsi üçün çox mühüm görürəm".
SAVASHMEDİA.az “Türkiyənin “Sözçü” nəşrinə istinadən xəbər verir ki, xarici işlər naziri Hakan Fidan brifinqdə PKK-nın özünü ləğv etmə qərarına belə münasibət bildirib.
“PKK-nın verdiyi qərar çox əhəmiyyətli və tarixidir. Bu qərardan sonra atılacaq əməli addımlar var və biz onları yaxından təqib edəcəyik. Ən böyük arzumuz Türkiyədə son 20 ildə inkişaf etdirdiyimiz demokratiya, azadlıq və rifah sahəsinin daha da genişlənməsi və Türkiyədən sıçrayaraq bölgəmizdəki digər dövlətlərə və xalqlara müsbət təsir göstərməsidir. İnanıram ki, bu qərar səmimi şəkildə həyata keçirilərsə, gələcəyimiz və vətəndaşlarımız üçün çox faydalı bir qərar olar”, - deyə Hakan Fidan vurğulayıb.
O, xatırladıb ki, bu məsələ ilə bağlı MHP lideri Dövlət Baxçalı tarixi çağırış etmişdi: “Prezidentimizin çox güclü iradəsi olmuşdu. Təşkilatın bu mövzuda müsbət cavabı var, DEM-in ortaya qoyduğu çalışma var. Bu tarixi məsuliyyətdə biz bu ölkənin övladları olaraq öz problemlərimizi öz hikmətimiz, ağlımız, iradəmizlə həll edə biləcəyimizi nümayiş etdiririk. İnşallah davamı gələcək. Praktikada görüləsi çox şey, çox təfərrüatlı mövzular var. Bu gün bu müsbət ab-hava haqqında daha heç nə demək istəmirəm. Bu gün Nazirlər Kabinetinin iclası var. Əminəm ki, bu məsələ gündəmə gələcək. Prezidentimiz də bu məsələ ilə bağlı yekun dəyərləndirməsini paylaşacaq”.
Xatirə SADIQ