İcra başçısının oğluna VƏZİFƏ VERİLDİ - FOTO
Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyası İctimai Birliyinin ümumi yığıncağında qurumun prezidenti seçilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir:
"Federasiya rəhbərliyinə seçkilər keçirilib və səsvermənin nəticələrinə əsasən, Ənvər Ənvərli 4 il müddətinə federasiyanın yeni prezidenti seçilib. Əliağa Fətullayev federasiyanın birinci vitse-prezidenti, Amal Əlili, Orxan Manaflı vitse-prezidentlər, Ramiz Həmzə-Zadə, Ləman Əliyeva, Elvin Məsimov İdarə Heyətinin üzvləri seçiliblər. Daha sonra Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Fəzli Əzizov sədr, Faiq İsmayılov və Azər İsmayılov isə üzvlər seçiliblər.
Xatırladaq ki, Ənvər Ənvərli Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğludur.
Fotoda: Ənvər Ənvərli