İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - SƏBƏB
İran aviaşirkətlərinin Azərbaycana həyata keçirdiyi uçuşlar dayandırılıb.
SAVASHMEDİA.az xəbər verir ki, qərarın səbəbi ABŞ-nin İranın aviasiya sektoruna qarşı tətbiq etdiyi yeni sanksiyalardır.
AZAL-dan bildirilib ki, yeni məhdudiyyətlər səbəbindən İran aviadaşıyıcılarının Azərbaycana uçuşlarının sentyabrın 22-dən dayandırılması qərara alınıb.
ABŞ sentyabrın 8-də İranın aviasiya sektoruna qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. Vaşinqton İran aviaşirkətlərinə xidmət göstərən xarici şirkətlərin də maliyyə və digər sanksiya riskləri ilə üzləşə biləcəyini açıqlayıb.
Maraqlıdır ki, İranın milli aviadaşıyıcısı “Iran Air” isə bu gün Bakı reyslərinin hələ də davam etdiyini və Azərbaycandan uçuşların dayandırılması barədə rəsmi bildiriş almadığını açıqlayıb.
Oğuz