İranın dövlət televiziyası Prezidentin çıxışını yarımçıq kəsdi
İran hökuməti Prezident Məsud Pezeşkianın televiziya çıxışının bir hissəsinin efirdən kəsilməsinə görə dövlət televiziya və radio qurumu IRIB-ə rəsmi xəbərdarlıq edib.
SAVASHMEDİA.az xəbər verir ki, hökumət bu addımı qəbuledilməz adlandırıb və hadisəni araşdırmaq üçün aidiyyəti qurumlara tapşırıq verilib.
Hələlik çıxışın hansı hissəsinin yayımdan çıxarıldığı və bunun hansı səbəbdən edildiyi açıqlanmayıb. IRIB rəhbərliyi də məsələ ilə bağlı açıqlama verməyib.
Səlcuq