Lukaşenkonun seçkilərdəki əsas rəqibi öldü

2006-cı il seçkilərində Belarus prezidentliyinə namizəd olmuş Aleksandr Milinkeviç 80 yaşında ölkə xaricində vəfat edib.

Aug 11, 2026 - 16:50
Lukaşenkonun seçkilərdəki əsas rəqibi öldü

SAVASHMEDİA.az xəbər verir ki, məlumatı müxalif siyasətçinin oğlu İqor Kuley yayıb.

Kuley Milinkeviçin avqustun 11-də vəfat etdiyini açıqlayıb.

Məlumata görə, ölümün səbəbi uzun müddətdir davam edən xəstəlik olub.

2006-cı ildə keçirilən prezident seçkilərində seçicilərin 83 faizi hazırkı Prezident Aleksandr Lukaşenkoya səs vermişdi. Birləşmiş Demokratik Qüvvələrin lideri Milinkeviç 6,1 faiz səs toplayaraq ikinci yeri tutmuşdu.

Milinkeviç 1947-ci ildə Qrodnoda anadan olub. 2020-ci ildən sonra Belarusu tərk edərək Avropa ölkəsində yaşayıb.