Azərbaycanda ən ucuz təhsil haqqı bu universitetlərdədir - İXTİSASLAR
Azərbaycanda ixtisaslar üzrə illik təhsil haqları universitetlərə görə dəyişir. Ən ucuz ixtisaslar isə ayrı-ayrı ali təhsil müəssisələrində təklif olunur.
SAVASHMEDİA.az xəbər verir ki, “Abituriyent” jurnalının 4-cü sayında əks olunan məlumatlara görə, I ixtisas qrupu üzrə ən ucuz ixtisas Gəncə Dövlət Universitetində “Kompüter elmləri” ixtisasıdır. Bu ixtisas üzrə illik təhsil haqqı 1300 manatdır.
II ixtisas qrupu üzrə ən ucuz ixtisas Bakı Dövlət Universitetinin Qazax filialında “Tarix və coğrafiya müəllimliyi” ixtisasıdır. Bu ixtisas üzrə illik təhsil haqqı 1500 manat təşkil edir.
III ixtisas qrupu üzrə ən ucuz ixtisaslar Naxçıvan Dövlət Universitetindədir. Universitetdə “Xarici dil müəllimliyi” ixtisasının fransız, alman və rus dili istiqamətlərinin hər biri üzrə illik təhsil haqqı 1100 manatdır.
IV ixtisas qrupu üzrə isə ən ucuz ixtisas Bakı Dövlət Universitetinin Qazax filialında “Kimya-biologiya müəllimliyi” ixtisasıdır. Burada illik təhsil haqqı 1500 manat təşkil edir.
Beləliklə, Azərbaycanda ən ucuz ixtisaslar Naxçıvan Dövlət Universitetindəki “Xarici dil müəllimliyi” (illik təhsil haqqı 1100 manat) ixtisaslarıdır.