Trampın yaxın adamını öldürən şəxsin FOTOSU - Hələ tutulmayıb
ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) prezident Donald Trampın fəal dəstəkçisi Çarli Kirkin qatilini hələ də yaxalaya bilməyəb.
SAVASHMEDİA.az xəbər verir ki, qatili ələ keçirmək mümkün olmasa da, artıq onun qaçarkən meşəlik əraziyə atdığı silah tapılıb.
Yuta ştatının komissarı Bo Meyson bəyan edib ki, artıq qatilin fotoları əllərindədir və o, tələbə görünüşünə malik şəxsdir.
“Bu adam tələbə yaşında görünür. Biz onun izinə düşə biləcəyimizə əminik”, - Meyson bildirib.
Qeyd edək ki, Çarli Kirk ötən gün Yuta Universitetində çıxış etdiyi zaman güllələnib.
Aytən İbrahimova
Şübhəlinin fotosunu təqdim edirik: