Bu tarixədək leysan yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ!
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də arabir yağış yağacağı gözlənilir.
SAVASHMEDİA.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Küləkli hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.