İsrail səfirliyinin yaxınlığında partlayış
Kopenhagenin kənarındakı Hellerupda yerləşən İsrail səfirliyinin yaxınlığında iki partlayış baş verib.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Danimarka polisi X sosial şəbəkəsində bildirib.
Polisin yaydığı məlumata görə, xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.
"Bölgədə yerləşən İsrail səfirliyi ilə mümkün əlaqə araşdırılır", - deyə məlumatda bildirilib.
İsrail səfirliyi Hellerupdakı Lundevanqsvej küçəsində yerləşir. Həmin ərazidə İran, Türkiyə, Rumıniya və Tailandın diplomatik nümayəndəlikləri də var.
Xatirə SADİQ