“İsraillinin əlini sıxmaram” – FİFA-da sülh cəhdi fiaskoya uğradı
FİFA prezidenti Canni İnfantinonun İsraillə Fələstin arasında simvolik “sülh” yaratmaq cəhdi uğursuzluqla nəticələnib.
SAVASHMEDİA.az xəbər verir ki, Kanadanın Vankuver şəhərində FİFA-nın 76-cı konqresi keçirilib.
Konqres zamanı FİFA prezidenti C.İnfantino Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racub və İsrail Futbol Federasiyasının vitse-prezidenti Basim Şeyx Süleymanı (Basim Sheikh Suliman) bir-biriləri ilə salamlaşmaları üçün səhnəyə dəvət edib.
Bu zaman hər iki tərəf səhnəyə çıxıb. Lakin Cibril Racub “israillilərin öz faşizmini və soyqırımını ört-basdır etmək üçün vəzifəyə gətirdiyi biri (Basim Şeyx Süleyman ərəb əsilli İsrail vətəndaşıdır –red) ilə salamlaşa bilmərəm! Biz əziyyət çəkirik” deyərək İsrail rəsmisinin əlini sıxmaqdan imtina edib.
Canni İnfantino “biz birlikdə çalışacağıq, Prezident Rəcub, vitse-prezident Süleyman. Gəlin uşaqlara ümid vermək üçün birlikdə işləyək. Bunlar mürəkkəb məsələlərdir” desə də Fələstin rəsmisini razı sala bilməyib.
Banu
Посмотреть эту публикацию в Instagram