“Kəpəz” “Qəbələ”yə, “Sumqayıt” “Şamaxı”ya qarşı - Bu günün oyunları
Misli Premyer Liqasında beşinci tur davam edir.
SAVASHMEDİA.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
Əvvəlcə “Kəpəz” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Hazırda Gəncə klubu 3 xalla 9-cu, “qırmızı-qaralar” isə 4 xalla 7-ci pillədə qərarlaşıb.
Digər matçda isə “Sumqayıt” doğma divarlar arasında “Şamaxı”nı sınağa çəkəcək. “Gənclik şəhəri”nin təmsilçisi 3 oyundan sonra çempionatda xal qazanmayan yeganə komandadır. “Şamaxı” isə 4 matçdan 5 xal toplayıb və 6-cı pillədədir.
Misli Premyer Liqası
V tur
12 sentyabr (şənbə)
17:30. “Kəpəz” - “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Cavid Cəlilov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Gəncə şəhər stadionu
19:45. “Sumqayıt” - “Şamaxı”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Teymur Teymurov, İnqilab Məmmədov
VAR: Vüqar Həsənli
AVAR: Rahil Ramazanov
“SOCAR Polymer Arena”
13 sentyabr (bazar)
16:30. “Araz-Naxçıvan” - “Turan Tovuz”
19:00. “Zirə” - “Qarabağ”
14 sentyabr (bazar ertəsi)
19:00. “Şəfa” - “Sabah”
11 sentyabr (cümə)
“İmişli” - “Neftçi” - 2:3
Bombardirlər:
Breno Almeyda (“Neftçi”) - 6 qol
Coy-Lens Mikels (“Sabah”) - 4 qol
Dioqo Almeyda (“İmişli”) - 2 qol
Alen Şkribek (“Neftçi”) - 2 qol
Renaldo Sefas (“Qarabağ”) - 2 qol
Eren Aydın (“Zirə”) - 2 qol