Kərə yağı adı ilə satılan bu yağlar marqarindir - Sadə üsulla özünüz yoxlayın

Satışda kərə yağı adı ilə təklif olunan məhsulların əksəriyyətinin əslində kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Mağaza vitrinlərində cürbəcür çeşiddə bitki tərkibli yağlar kərə yağı adı ilə təklif olunur. 

May 21, 2025 - 13:47
Kərə yağı adı ilə satılan bu yağlar marqarindir - Sadə üsulla özünüz yoxlayın

Bəs kərə yağının keyfiyyətindən necə əmin olaq? 

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, "nənəmin nehrəsi", "nənəmin yağı" adı altında satılan kərə yağlarının əksəriyyəti əslində marqarin və müxtəlif qatqılardan hazırlanmış "kərə yağı imitasiyalarıdır".

Eyyub Hüseynovun sözlərinə görə, insanlar kərə yağının saxtalığından çox şikayət edirlər:

"Bu səbəbdən istehlakçılara tövsiyə olunur ki, aldıqda diqqətli olsunlar, çünki 21 dərəcədə saxlanan təbii yağ bərk olur, saxta yağ isə yumşaq. Əgər etiket yoxdursa, vizual olaraq da seçmək mümkündür, amma istehlakçı məhsulu sıxmalı, bərkliyinə fikir verməlidir".

O, eyni zamanda bildirir ki, bəzən inək şəkli qoyurlar, yazırlar natural maslo, amma kiçik hərflərlə margarin yazılır, bu da istehlakçıları çaşdırır. (milli.az)