Küləklə bağlı sarı xəbərdarlıq edildi

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Feb 23, 2025 - 17:54
Küləklə bağlı sarı xəbərdarlıq edildi

Milli Hidrometeorologiya Xidmətinin SAVASHMEDİA.az-a verdiyi məlumata görə, fevralın 24-25-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Sarı xəbərdarlığa uyğun olaraq Kəlbəcər, Laçın, Zəngilan, Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Neftçala, Salyan, Qusar, Qobustan, Lerik, Yardımlı, Astara, Lənkəran, Masallıda qərb küləyinin sürəti 13.9-20.7 m/san təşkil edəcək.