Marko Veşoviç "Turan Tovuz"a keçir?

"Qarabağ"dan ayrılan cinah müdafiəçisi Marko Veşoviç "Turan Tovuz"a keçə bilər.

Aug 3, 2025 - 10:59
Marko Veşoviç "Turan Tovuz"a keçir?

Məlumata görə, monteneqrolu futbolçu bölgə komandasında oynamağın əleyhinə deyil.

Onun qərb təmsilçisində oynayıb-oynamayacağı hazırda davam etdirilən danışıqların nəticəsindən asılıdır. Belə ki, Tovuz klubu Veşoviçə illik 200 min dollar ödəməyə hazırdır. Balkan təmsilçilərindən 150-180 minlik təklifləri olan təcrübəli futbolçu isə "boz qurdlar"dan 220-250 min dollar aralığında pul istəyir. (fanat)