Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şura birləşdirilir

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında yeni qurum yaradılır.

Jun 16, 2026 - 11:39
Jun 16, 2026 - 11:57
Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şura birləşdirilir

SAVASHMEDİA.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı Media və Yayım Şurası olacaq. 

Şuranın saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdiriləcək.