Mehdiyevin kürəkəni obyektlərin aylığını şəxsən yığırmış - FOTO YAYILDI

Milli Məclisin sabiq deputatı, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev paytaxtda yerləşən biznes obyektlərindən  aylıq vəsaitləri toplaması ilə yenidən gündəmə gəlib.

Oct 19, 2025 - 23:52
Mehdiyevin kürəkəni obyektlərin aylığını şəxsən yığırmış - FOTO YAYILDI

Məlumata görə, Ramiz Mehdiyevin kürəkəni metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında yerləşən və ona məxsus olan onlarla biznes obyektlərindən yığılan pulları əksər hallarda özü şəxsən toplayır.

O, sözügedən restoran və kafelərindən əldə edilən pulları isə özünün idarə etdiyi "Mercedes Maybach",  "Mercedes G 63 AMG", "Rolls Royce" və "Bently" markalı lüks avtomobilləri ilə yığır. (demokrat.az)