MSK-nın yeni tərkibi təsdiqləndi - ADLAR
MSK-nın yeni üzvlərinin adları açıqlandı.
SAVASHMEDİA.az-ın məlumatına görə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin təyin edilməsi ilə bağlı məsələ bu gün Milli Məclisin plenar iclasında müzakirə edilib.
Layihəyə əsasən, MSK-nın üzvlüyünə Sevinc Abdullayeva, Fuad Cavadov, Bəxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Elçin Xələfov, Ramiz İbrahimov, Rövzət Qasımov, Almas Qəhrəmanlı, Etibar Quliyev, Elmar Məmmədov, İlham Məmmədov, Arifə Muxtarova, Qabil Orucov, Hüseyn Paşayev, Məzahir Pənahov, Mikayıl Rəhimov və İlkin Şahbazov təyin edilib.
Bununla yanaşı, Aysel Cəlilova, Züriyə Qarayeva və Elnarə Mustafayeva isə komissiyanın əvəzedici üzvləri kimi təsdiqlənib.