Paşinyan Şahin Mustafayevin səfərindən DANIŞDI
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin bu ölkəyə səfərini “tarixi hadisə” adlandırıb.
SAVASHMEDİA.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş nazir Ermənistan hökumətinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
“Hesab edirəm ki, çox mühüm hadisə baş verib, iki ölkənin baş nazir müavinlərinin səfərlərini sülh prosesi və onun institusionallaşması baxımından tarixi hadisə kimi qiymətləndirirəm. Şadam ki, biz bu mərhələyə çatmışıq”, - Paşinyan deyib.
Aytən