Prezident onu yüksək vəzifəyə təyin etdi - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində yeni təyinat olub.

Oct 18, 2025 - 17:03
Prezident onu yüksək vəzifəyə təyin etdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Şamil Etibar oğlu Rzayev agentliyin İdarə Heyətinin birinci müavini təyin olunub.

Xatırladaq ki, 51 yaşlı Ş.Rzayev 1991-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Yanacaq-Energetika Kompleksində İqtisadiyyat və İdarəetmə fakultəsinin bakalavr və magistr pillələrində təhsil alıb.

O, 2000-2001-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) Planlaşdırma və Müqavilələr üzrə mütəxəssis, 2001-ci ildən 2025-ci ilədək Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında İnkişaf üzrə Baş müşavir vəzifəsində çalışıb.

2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib.

Fotoda Şamil Rzayev