Putin Ərdoğana zəng etdi

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı telefon danışığı zamanı Ankoricdə (Alyaska) ABŞ Prezidenti Donald Trampla görüşü barədə məlumatlandırıb.

Aug 20, 2025 - 15:09
Aug 20, 2025 - 15:43
Putin Ərdoğana zəng etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidenti İstanbulda Ukrayna nümayəndələri ilə danışıqların aparılmasında Türkiyənin göstərdiyi yardıma diqqət çəkib.

Liderlər ticarət və investisiyaların inkişafını da müzakirə ediblər.

“Həmçinin ikitərəfli gündəlikdəki bəzi cari məsələlərə, o cümlədən ticarət və investisiya əlaqələrinin gələcək inkişafına toxunulub. Şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb”, - məlumatda deyilir.