Ramin Bayramlıya yüksək vəzifə verildi
Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin İdarə Heyətinin yeni tərkibi formalaşıb.
SAVASHMEDİA.az unikal-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı sözügedən İctimai Birliyin sədri seçilib.
Qeyd edək ki, R.Bayramlı 2019-cu ildə TƏBİB-in sədri vəzifəsinə təyin olunmuşdu. O, 2021-ci ilin sentyabrında isə öz ərizəsi ilə işdən ayrılıb. R.Bayramlı yeni vəzifəsinə kimi Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyində sədr müavini vəzifəsində çalışırdı.