Şəbnəm Tovuzlunu "dollar yağışı"na tutan toy sahibi ilə bağlı ŞOK FAKT
Sosial şəbəkələrdə müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabani rayonun Soğanlı kəndində keçirilən toy mərasimində ” dollar yağışı”-na tutulması ilə bağlı görüntülər yayılıb.
Həmin video sosial mediada yüz minlərlə baxış toplayıb.
SAVASHMEDİA.az gununsesi.info-ya istinadla xəbər verir ki, Şəbnəm Tovuzlunu “dollar yağışı”-na tutan həmin ailə, Ofeliya xanım və Luka ləqəbli oğlu narkotik alverçisi imiş.
Gürcüstanını Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıb.
Qeyd edək ki, təqdim etdiyimiz görüntülərdə əməliyyatın keçirildiyi ev lə bir neçə gün əvvəl toy mərasiminin keçirildiyi həyətin eyni olduğu görünür.
Həmin mərasimdə müğənni Nəfəs də iştirak edib. Toyun gedişi zamanı hər iki müğənniyə puldan əlavə qızıl-zinət əşyaları da hədiyyə edilib.
Qeyd edək ki, Gürcüstanda yaşayan azərbaycanlılar da bu faktı saytımıza təsdiqləyiblər.