Son saniyə qolu ilə sevindirdi, paltardəyişmə otağında kədərləndirdi - Bəhlul Qurbanova nə deyib? 

Dünən Frankfurt "Ayntraxt"ını doğma meydanda 3:2 hesabı ilə məğlub edən "Qarabağ"ın düşərgəsində ayrılıq küləkləri əsməkdədir. 

Jan 22, 2026 - 14:05
Son saniyə qolu ilə sevindirdi, paltardəyişmə otağında kədərləndirdi - Bəhlul Qurbanova nə deyib? 

SAVASHMEDİA.az-ın xəbərinə görə, dünən matçın son saniyələrində "Qarabağ"ın qələbə qolunu vuran Bəhlul Mustafazadə paltardəyişmə otağında qələbəni qeyd edən komanda yoldaşlarını və baş məşqçi Qurban Qurbanovu məyus edib. 

O, Qurbanovla söhbətində klubdan ayrılmaq niyyətinin qəti olduğunu bir daha bəyan edib. 

Məlumata görə, bu xəbər Qurban Qurbanov üçün yeni olmayıb. Belə ki, Bəhlulun komandadan getmək istəməsi çoxdanın mövzusudur, sadəcə olaraq Qurban Qurbanov onu fikrindən daşındıracağına ümid edirdi. Dünənki söhbətdən sonra isə Bəhlulun son qərarını verdiyi deyilir.

Xatırladaq ki, ölkə mətbuatında bir sıra Avropa klublarının Bəhlul Mustafazadə ilə maraqlandığı haqda informasiyalar dərc olunub.

Səlcuq