Sumqayıtda "alma ovu"na çıxan həmin məmur DANIŞDI - "Nə olub ki..."
İki gündür Sumqayıtda küçə ticarətinə qarşı keçirilən reyd zamanı məmurun satıcıya qarşı kobud davranışı və yol kənarında yerləşdirilmiş meyvələri müsadirə etməsi geniş müzakirələrə səbəb olub.
Jurnalist məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun baş məsləhətçisi Samir Bədəlovla əlaqə saxlayıb.
Maraqlıdır ki, tənqid hədəfinə çevrilən hərəkətlərinə aydınlıq gətirməsi gözlənilən baş məsləhətçi müxtəlif bəhanələrlə sualları cavablandırmaqdan imtina edib:
“Nə olub, nə hadisə baş verib? Bilmirəm, nə deyirsiniz. Tədbirlərlə bağlı sualınız varsa, buyurun. Yoxdursa, sağ olun. O barədə başqa vaxt danışarıq”, – baş məsləhətçi bildirib.
Qeyd edək ki, məsələ ictimailəşdirildikdən sonra satıcının meyvələri özünə geri qaytarılıb.
azerbaycan24.com