"Təyyarədə mənə əxlaqsız təkliflər etdi" - Xoşqədəm Hidayətqızının əri

Türkiyəli müğənni Doğuş uşaq vaxtı yaşadığı ağır günlərdən bəhs edib.

May 14, 2026 - 17:28
May 14, 2026 - 18:06
"Təyyarədə mənə əxlaqsız təkliflər etdi" - Xoşqədəm Hidayətqızının əri

SAVASHMEDİA.az xəbər verir ki, müğənni valideynlərinin boşanmasının ona vurduğu zərbədən danışıb.

Doğuş bildirib ki, boşanma mərhələsindən sonra uşaq evinə qoyulub və orada ona çox pis münasibət göstərilib:

“O vaxtlar uşaq evləri çox amansız idi. Sərt qadağalarla idarə olunurdu. Bir dəfə şalvarımı çirkləndirmişdim deyə işçilərdən biri ülgüclə qolumu doğramışdı. Bu hadisədən sonra oradan qaçmışdım. Küçələrdə böyümüşəm. Başımdan güllə yarası almışam. Bir uşağın iffətini qoruduğum üçün həbsə də düşmüşəm. Çox ağır günlərdən keçmişəm”.

Müğənni keçmiş sevgililərinə etdiyi xəyanətdən və aldığı əxlaqsız təkliflərdən də danışıb:

“Bəzilərinə xəyanət etmişəm, boynuma alıram. Əxlaqsız təkliflər edənlər də olub. Məsələn, təyyarədə bir qadın evli olduğumu bilsə də, mənə əxlaqsız təkliflər etdi”.

Xatırladaq ki, Doğuş 2014-cü ildə azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə ailə qurub. Onların bu evlilikdən Arda və Arın adlı əkiz oğlu var.

Banu