Rəsulzadəni bir qoşalüləyə satan lahıclı Səfərbəyov niyə güllələnib? - Sirli SON

1920-ci ildə Azərbaycanın işğalından sonra Lahıcda gizlənən Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının bolşeviklər tərəfindən necə ələ keçirilməsi ilə bağlı detalları təqdim edirik.

Aug 27, 2026 - 16:00
Aug 27, 2026 - 16:16
Rəsulzadəni bir qoşalüləyə satan lahıclı Səfərbəyov niyə güllələnib? - Sirli SON

SAVASHMEDIA.az xəbər verir ki, onlar yerlərini dəyişmək məqsədilə lahıcı tərk edərkən Aşıq Bayram kəndi yaxınlığında bolşeviklər tərəfindən saxlanılıblar.

Tarixçi Ədalət Tahirzadə araşdırmasında olayı belə təsvir edir:

"1920-ci ilin aprelində Sovet hakimiyyəti qurulandan sonra M.Ə.Rəsulzadə bir qrup silahdaşı ilə birgə İsmayıllı rayonunun Lahıc kəndində gizlənirlər. Lakin orada çox qala bilmirlər. Yerlərini dəyişmək məqsədilə yola çıxırlar və İsmayıllı rayonunun Aşıq Bayram kəndi yaxınlığında hökumət qüvvələri onları həbs edir. Rəsulzadənin və yoldaşlarının yerini isə Lahıc kənd sakini Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyov xəbər verib".

Mənbələrdə Səfərbəyovun Rəsulzadəni şəxsən tanıdığı və onunla kənddə bir neçə dəfə görüşdüyü bildirilir. Hətta Səfərbəyovun Rəsulzadəni bir neçə dəfə Lahıcdakı evində qonaq etdiyi də iddia olunur.

Bolşeviklər isə Rəsulzadə və yoldaşlarını satqınlıqla ələ verən Səfərbəyovu bu “xidmətinə” görə qoşalülə tüfənglə mükafatlandırıb.

Lakin onun sonrakı taleyi faciəli olub. Bu hadisədən bir müddət sonra Ə.Səfərbəyovu həbs edirlər. O da hökumətə sədaqətini sübut etmək üçün o zaman M.Ə.Rəsulzadəni satdığını bildirir. Amma bu da ona kömək etmir və Səfərbəyovu güllələyirlər.

Məlumata görə, Səfərbəyov “bəy” təbəqəsinə mənsub olduğu üçün bolşeviklər tərəfindən qolçomaq kimi güllələnib.

Oğuz

Əliabbas bəy Səfərbəyov