Bu gün saxlanılan Nigar Fərhad kimdir? - DOSYE
“AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi, aparıcı Nigar Fərhad çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
SAVASHMEDIA.az xəbər verir ki, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat veriləcəyi bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl eyni məsələ ilə bağlı onun həyat yoldaşı da həbs edilib.
Nigar Fərhad qızı Əliyeva 30 iyul 1989-cu ildə Kürdəmir rayonunda anadan olub. Orta təhsilini Rusiyanın Surqut şəhərində başa vurub. Daha sonra Bakı Kompüter Kollecində “Proqramçı” ixtisası üzrə təhsil alıb.
ABŞ-də dil kursu keçən Nigar Fərhad daha sonra ASA Universitetinin Kriminologiya fakültəsində, ardınca John Jay College of Criminal Justice-də təhsil alıb. O, Harvard Universitetində satış, marketinq və “Salesforce” üzrə sertifikat proqramını da tamamlayıb. Həmçinin Moskva Dövlət Universitetinin Psixologiya fakültəsində təhsil alıb.
Nigar Fərhad bir müddət Kanal-S-də aparıcı kimi çalışıb və “Sözün bitdiyi an” sosial proqramını təqdim edib.
Aytən