Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıb - FOTOLAR

Millət vəkili Günay Ağamalı da mayın 3-də keçirilən “Bakı Marafonu 2026”ya qatılıb.

May 4, 2026 - 19:21
Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıb - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, deputat diqqət mərkəzinə marafon zamanı üzərində daşıdığı çanta ilə düşüb.

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən aksesuar dünyaca məşhur "Tory Burch" markasının "Eleanor Satchel" kolleksiyasına məxsus olub. 

Sözügedən çantanın qiyməti müxtəlif satış platformalarında 680 avrodan (təxminən 1250 AZN) başlayır. Modelin xüsusiyyətlərinə görə qiymət 995 avroya (təxminən 1830 AZN) qədər yüksələ bilər.