"Kim deyərdi ki, Rusiyadan asılı olan bu ölkə..." - Makronun İrəvan bəyanatı
Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Avropaya inteqrasiya kursunun ölkənin beynəlxalq imicini dəyişdirdiyini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu fikirləri İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitində səsləndirib.
Makron qeyd edib ki, bir neçə il əvvəl Ermənistan Rusiyadan asılı ölkə kimi qəbul olunduğundan belə tədbirin İrəvanda təşkili mümkün sayılmazdı.
Fransa liderinin sözlərinə görə, 2018-ci il “məxməri inqilab”ından sonra Nikol Paşinyanın Avropa yönümlü siyasəti ölkənin strateji kursunda dönüş yaradıb.
Qeyd edək ki, həmin dövrdən sonra İrəvanla Moskva arasında münasibətlərdə müəyyən gərginlik müşahidə olunur.
Oğuz