Tramp Baydenin itindən şikayətləndi - "Aqressiv idi, dişləyirdi"
ABŞ-nin keçmiş prezidenti Co Baydenin iti Donald Trampın sayəsində gündəm olub.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp Baydenin itinin aqressivliyindən şikayətlənib.
Onun sözlərinə görə, Baydenin iti dəfələrlə təhlükəsizlik əməkdaşlarına hücum edib:
“Onlar Baydenin itlə olan görüntülərini bəyənirdilər. Amma reallıq tam fərqli idi. İt aqressiv idi və davamlı olaraq Məxfi Xidmət əməkdaşlarını dişləyirdi. Ümumilikdə 28 belə hadisə qeydə alınıb”, - Tramp bildirib.
Tramp çıxışında siyasətçilərin imic formalaşdırmaq üçün it saxladıqlarını da vurğulayıb. Onun fikrincə, bu addım daha çox seçici rəğbəti qazanmağa hesablanır:
“Mənə də dedilər ki, it saxla. Amma düşündüm ki, bu, bir qədər süni görünər. Təsəvvür edin, Donald Tramp qucağında balaca bir pudel...” - o zarafat edib.
Oğuz