Türkiyənin məşhur aktrisalarından İmamoğluya dəstək – Foto

İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun saxlanılması Türkiyənin əsas gündəminə çevrilib.

Mar 19, 2025 - 16:10
Mar 19, 2025 - 16:13
Türkiyənin məşhur aktrisalarından İmamoğluya dəstək – Foto

Artıq sadəcə siyasi kuluarlardan deyil, incəsənət sahəsindən olanlar da məsələyə münasibət bildiriblər.

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə incəsənətinin məşhur simaları Özge Özpirinçci və Pınar Altuğ İmamoğlunun saxlanılması ilə bağlı paylaşımlar ediblər.

Aktrisa Özge Özpirinçci ilk olaraq sosial media hesabında Əkrəm İmamoğlunun “Özümü millətimə əmanət edirəm” sözlərini paylaşıb.

Daha sonra isə o, “uşaqlarımıza bu ədalətsiz, qorxunc, hüquqdan kənar, utandıran günlərdən danışarkən, “artıq hamısı arxada qaldı və dediyi kimi hər şey çox gözəl oldu” demək istəyirəm” yazıb.

Aktrisa Pınar Altuğ qar fotosunu paylaşaraq, "Ağappaq günə qapqara oyandıq" qeydini edib.

Banu

Fotoda: Özge Özpirinçci, Pınar Altuğ