Yasamaldakı yanğında həlak olanlardan biri tanınmış vəkilin qızı imiş

Ötən gün Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirənlərdən biri tanınmış vəkilin övladı imiş.

Nov 22, 2025 - 23:15
Yasamaldakı yanğında həlak olanlardan biri tanınmış vəkilin qızı imiş

SAVASHMEDİA.az xəbər verir ki, e-huquq.az-ın əldə etdiyi məlumata görə, yanğın zamanı həlak olan 2018-ci il təvəllüdlü Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun qızıdır.

Onun 2015-ci il təvəllüdlü qızı və həyat yoldaşı isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, hadisə zamanı üç nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb. 

Faktla bağlı cinayət işi başlanıb.