ABŞ prezidenti ətir reklamı ilə məşğuldur - FOTOLAR
Amerikada ölkə prezidentinin adını daşıyan “Trump Fragrances” parfümü satışa çıxarılıb.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ prezidenti şəxsi ətrini “Truth Social” da reklam edib.
“Ətirlər artıq satışdadır. Victory 45-47 adlanır, çünki onlar həm kişilər, həm də qadınlar üçün qələbəni, gücü və uğuru rəmzləşdirir. Özünüzə flakonları alın və yaxınlarınız üçün də onu almağı unutmayın. Zövq alın, əylənin və qələbə qazanmağa davam edin!”, - deyə Tramp yazıb.
Bir flakonu 249 dollar olan ətrin üzərindəki 45-47 rəqəmlərinin Trampın ABŞ-nin 45-ci və 47-ci prezidenti olduğuna işarə edir.
Xatirə SADİQ
Sosial şəbəkədə ətirlərin fotosu da paylaşılıb