Adı qadağa siyahısında olan müğənnilər EFİRDƏ - VİDEO

Azərbaycanda bir qrup müğənni və sənət adamına efir qadağası qoyulduğu barədə yayılan siyahı ətrafında müzakirələr davam edir.

Mar 11, 2026 - 15:45
Adı qadağa siyahısında olan müğənnilər EFİRDƏ - VİDEO

SAVASHMEDİA.az xatırladır ki, bir neçə gün əvvəl mediada yayılan həmin siyahılarda bəzi tanınmış ifaçıların adları yer almışdı.

Siyahıda adı çəkilən bəzi sənətçilər artıq yenidən televiziya proqramlarında görünməyə başlayıblar. Belə ki, müğənnilər Vəfa Şərifova və Talıb Tale aparıcı Zaur Nəbioğlunun təqdim etdiyi "Rəngarəng" verilişində qonaq qismində iştirak ediblər.

Qeyd edək ki, daha əvvəl siyahıda adı hallanan digər ifaçılar - Ayan Babakişiyeva və Şəbnəm Tovuzlu da yenidən televiziya efirlərində görünmüşdülər. Bu isə efir qadağası ilə bağlı yayılan siyahıların nə dərəcədə rəsmi olması məsələsini gündəmə gətirib.

Aytən