AİHM jurnalistlərin Rusiyaya qarşı iddiasını təmin etdi
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyanın “Novaya qazeta” qəzetinin və digərlərinin Rusiyaya qarşı qaldırdığı iddianı təmin edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə məhkəmənin məlumatında deyilir.
AİHM bildirib ki, Rusiya-Ukrayna müharibəsini işıqlandırarkən iddiaçıların söz azadlığı hüququ və bir sıra digər hüquqları pozulub, çünki onlara Kremlin rəsmi narrativlərindən kənara çıxmaq qadağan olunub.
“Novaya qazeta” və başqaları Rusiyaya qarşı” işi Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalından sonra qəbul etdiyi və “ordunu gözdən salmaq” və ya ordu haqqında “yalan”lara görə cəza tətbiq edən qanunlara aiddir.
Bu iş üzrə 178 fərdi iddiaçı dəyişikliklər səbəbindən cinayət və ya inzibati ittihamlarla mühakimə olunub, “Novaya qazeta” və “Dojd”un fəaliyyəti qadağan edilib.
AİHM müəyyənləşdirib ki, şikayətə aid olan hadisələr Rusiyanın bu məhkəmənin tərəfi olmaqdan çıxdığı 16 sentyabr 2022-ci il tarixindən əvvəl baş verib. Bu məqam çəhkəməyə həmin işə baxmaq səlahiyyəti verir.
AİHM hakimləri yekdilliklə belə qənaətə gəliblər ki, Rusiya hakimiyyətinin hərəkətləri İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsini - ifadə azadlığını pozur.
Məhkəmənin qərarına əsasən, Rusiya dəymiş zərərlə bağlı iddiaçılara müxtəlif məbləğlərdə təzminat – maddi ziyana görə 7500 avroya qədər (tələb olunan məbləğdən asılı olaraq), ərizəçilərin hər birinin məhkəmə xərclərinə görə 850 avroya qədər ödəməli olacaq.
Xatirə SADİQ