Araz Musayevin bıçaqlanmasını Adil Əliyev sifariş edib? - Özü DANIŞDI

Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin Türkiyədə bıçaqlanması ilə bağlı müxtəlif versiyalar səsləndirilir.

Jun 3, 2025 - 20:44
Araz Musayevin bıçaqlanmasını Adil Əliyev sifariş edib? - Özü DANIŞDI

Sosial şəbəkələrdə və bəzi media quruluşlarında bu olayın arxasında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin dayandığı iddia olunur.

SAVASHMEDİA.az xəbər verir ki, gununsesi.info-nun sorğusunu cavablandıran Adil Əliyev barəsində səsləndirilən iddiaları cəfəngiyyat adlandırıb:

“Mənasız cəfəngiyyatlar danışırlar. Boş-boş söhbətlərdir. Mənim bu hadisəyə hər hansı bir bağlılığım yoxdur. Hamı kimi mən də mediadan oxumuşam. Ümumiyyətlə,  hər zaman mənim haqqımda uydurmalar olur, ona görə də bunlara əhəmiyyət vermirəm”.