Azərbaycanda çaydan, göldən və dənizdən götürülən su pullu oldu - MƏBLƏĞ
Sentyabrın 1-dən Azərbaycanda su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər tətbiq ediləcək.
SAVASHMEDİA.az xəbər verir ki, yeni qaydalar hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil olunur.
Ödənişlər suyun texniki qurğular vasitəsilə götürülməsi, təmizlənmiş tullantı sularının su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə hallarına aid ediləcək.
Qərara əsasən, sənaye məqsədilə Xəzər dənizindən götürülən hər 100 kubmetr su üçün 0,4 manat ödəniləcək. Çay və göllərdən götürülən 100 kubmetr su üçün tarif 4 manat, yeraltı sulardan götürülən eyni həcmdə su üçün isə 40 manat müəyyən edilib.
Bundan başqa, Xəzər dənizinə axıdılan hər 100 kubmetr tullantı su üçün 1 manat, çay və göllərə axıdılan 100 kubmetr tullantı su üçün isə 4 manat ödəniş nəzərdə tutulur.
Aytən