Azərbaycanda kartdan-karta pul köçürmələrinə limit qoyuldu - YENİ QAYDALAR
Azərbaycanda kartdan-karta pul köçürmələri üzrə yeni məhdudiyyətlər qüvvəyə minib.
SAVASHMEDİA.az xəbər verir ki, dəyişikliklə bağlı banklar müştərilərinə SMS vasitəsilə məlumat verməyə başlayıb.
Yeni qaydaya əsasən, avqustun 1-dən etibarən bir kartdan gün ərzində ən çox 5 dəfə köçürmə etmək mümkündür.
Eyni zamanda, kartdan-karta köçürmələrin aylıq ümumi məbləği 20 min manatla məhdudlaşdırılıb.
Məhdudiyyət vətəndaşların öz adlarına olan bank hesabları arasında həyata keçirdikləri köçürmələrə şamil edilmir.
Xatırladaq ki, bu dəyişiklikdən əvvəl kartdan-karta pul köçürmələrinin sayına dair hər hansı məhdudiyyət tətbiq edilmirdi.
Aytən