Azərbaycanın da qoşulacağı deyilən "İbrahim sazişi" nədir?

Son günlər həm ölkə, həm də beynəlxalq mediada Azərbaycanın "İbrahim sazişi"nə qoşulacağı ilə bağlı ehtimallar səsləndirilir.

Aug 5, 2025 - 18:56
Azərbaycanın da qoşulacağı deyilən "İbrahim sazişi" nədir?

SAVASHMEDİA.az xatırladır ki, ABŞ Prezidenti Donald Trampın rəsmi Bakını sözügedən razılaşmaya qoşmaq üçün konkret fəaliyyətə keçdiyi bildirilir.

Maraqlıdır, nədir "İbrahim sazişi"?   

İbrahim Sazişi (və ya İbrahim Razılaşması) – 2020-ci ilin avqust ayında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə İsrail arasında imzalanmış diplomatik normallaşma sazişidir.

Bu saziş ABŞ-nin vasitəçiliyi ilə əldə olunub və onun əsas məqsədi Yaxın Şərqdə gərginliyi azaltmaq, iqtisadi və diplomatik əlaqələri inkişaf etdirməkdir.

Adın mənası –  niyə “İbrahim Sazişi”?

Bu ad İbrahim peyğəmbərin adından götürülüb. İbrahim həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs şəxs sayılır. Sazişin belə adlandırılması dinlərarası sülh və anlaşmaya çağırış simvolu olaraq seçilib.

Xatırladaq ki, "İbrahim Sazişi"ndən sonra bir neçə ərəb ölkəsi də İsraillə münasibətləri normallaşdırmağa başlayıbı. 

Həmin ölkələr aşağıdakılardır:

BƏƏ – avqust 2020

Bəhreyn – sentyabr 2020

Sudan – oktyabr 2020 (proses davam edir)

Mərakeş – dekabr 2020

Səlcuq